Accessibility links

General Klark Haaqa məhkəməsində ifadə verib - 2003-12-16


NATO-nun keçmiş komandiri general Vesli Klark demişdir ki, Yuqoslaviyanın eks-prezidenti Slobodan Miloşeviçin mühakiməsi liderlərin əməllərinə cavab verməli olduqlarına sübutdur. Bu gün televiya ilə çıxışı zamanı general Klark deyib ki, bu məhkəmə işi Avropa tarixində ən iyrənc bir səhifədir. Qeyd edək ki, general Haaqa müharibə cinayətləri tribunalında Miloşeviç əleyhinə ifadə vermişdi. Cənab Klark demişdir ki, Miloşeviç sorğu-sual zamanı əsəbilik və inadkarlıq nümayiş etdirirdi. Xatırladaq ki, Miloşeviç genosid və müharibə cinayətləri ilə bağlı məhkəmədə özü-özünü təmsil edir.

XS
SM
MD
LG