Accessibility links

Gürcüstan prezident seçkilərinə hazırlaşır - 2004-01-02


Gürcüstanda bazar günü prezident seçkilərinə hazırlıq işləri gedir. Aparıcı müxalifət lideri Mixail Saakaşvilinin 6 digər namizəd arasında öndə getdiyi bildirilir. Xatırladaq ki, Saakaşvili və müxalifətin digər nümayəndələri noyabr ayı parlament seçkilərinin nəticələrinə etiraz etmişdi. Beynəlxalq müşahidəçilər seçkilərin ədalətsiz keçirildiyi ilə razılaşmışdılar. Mixail Saakşvilinin qələbəsinin Gürcüstanı qərbə yaxınlaşdıracağı və əvvəlki hökumətin miras qoyduğu ciddi problemlərlə üzləşəcəyi gözlənilir.

XS
SM
MD
LG