Accessibility links

Demokratlar prezident Buşun illik hesabatına cavab verib - 2004-01-21


Prezident Buşun illik hesabat məruzəsindən sonra demokratların Nümayəndələr Palatası və Senatdakı liderləri cavab olaraq çıxış etmiş və onların çıxışları televiziya ilə translyasiya edilmişdir. Nümayəndələr Palatasında demokratların lideri Nancy Pelosi Vaşington Post qəzetinin bu günkü nömrəsində dərc edilən çıxışında demişdir ki, Amerika xalqının yaradıcılığı, nikbinliyi, gərgin əməyi və inamı nəticəsində bizim ölkəmizin birliyi yaxşı vəziyyətdədir. O qeyd etmişdir ki, prezidentin ölkənin birliyi haqda hesabat məruzəsində bizə birləşmək və irəliləmək üçün yol göstərməlidir. Xanım Pelosi qeyd etmişdir ki, İraq və Əfqanistanda fəaliyyət göstərən hərbiçilərimiz bizə ilham verirlər. Demokratlar dünyanın amerikalılar üçün daha təhlükəsiz olmasında qətiyyətlə hərəkət edirlər. Biz indi dünya da ən güclü hərbi qüvvəyə malik olsaq da. müştərək təhlükələrə qarşı başqa ölkələri də mübarizəmizə cəlb etməliyik. Xanım Pelosi Prezident Buşun xarici siyasəti haqda aşağıdakıları demişdir. “Prezidentin siyasəti bu ideyanı əks etdirmir. O. xarici siyasətdə tək hərəkət edərəkş bizim təcrid olunmağımıza, daha çox xərc çəkməyimizə təhsil, tibbi sığorta kimi sahələrə kifayət gədər vəsait ayrılmamasına səbəb olub. Prezident dəlillər olmadan irəli sürdüyü iddialara görə İraqda müharibəyə başlamışdı . O. tariximizdə görünməyən radikal bir doktrin mənimsəyərək, nəyinsə qarşısını almaq üçün əvvəlcədən müharibə başlatmış, həqiqi bir beynəlxalq koalisiya təşkil etməkdə nailiyyətsiz olmuşdur. Bunun nəticəsində həmin müharibənin xərcinin 120 milyard dolları Amerikanın vergi ödəyənlərin boynuna düşür. İraqda ölən və yaralanan xarici əsgərlərin demçk olar ki. hamısı amerikalıdır. Amerika deyəndə adamların ağla raketlər deyil, ışıq gəlməlidir. Xanım Pelosi 43 il bundan əvvəl prezident Kennedinin and içmə mərasimində etdiyi çıxışını xatırladıb. Prezident Kennedi həmin çıxışda dünya ölkələrinə müraciət edərək demişdi ki, Amerikanın sizin üçün nələr edəcəyini soruşmayın, bizim bəşəriyyət üçün bir yerdə nələr edə biləcəyimizi soruşun. Senatdakı demokratların lideri Tom Dəşl isə demişdir ki, bizim ən böyük amalımız ölkə daxilində birliyi təmin etmədir. Bu birlik terrorçuluqdan güclüdür. Cənab Dəşl Nyu York Tamz qəzetinin bu günkü nömrəsində dərc edilən çıxışında deyir ki, prezident bizim müxtəlif proqramları maliyyələşdirməyimizi istəyir. Ancaq adi amerikalılar üçün nə işlər görür. O, prezidentin iqtisadi siyasətin varlılara kömək etdiyi, amerikalıların vəziyyətini yaxşılaşdıracaq tədbirlərə ehtiyyac olduğunu deyib.

XS
SM
MD
LG