Accessibility links

Dünya Bankı Rusiyanın islahat vədlərinə əməl edəcəyinə inanır - 2004-01-21


Dünya Bankının prezidenti Ceyms Volfenson Rusiya prezidenti Vladimir Putinin iqtisadi islahatlarla bağlı öhdəliklərə əməl edəcəyindən əmin olduğunu bildirib. Bu gün Moskvada müxbirlərlə görüşü zamanı cənab Volfenson prezident Putinə etimad etdiyini və onun Rusiya üçün nə etmək istədiyini bildiyini deyib. Dünya Bankının prezidenti bu sözləri Rusiyanın islahat vədlərinə əməl etməyəcəyi ilə bağlı narahatlıqların mövcud olduğu bir vaxta təsadüf edir. Bu narahatlıqlar Rusiyanın oktyabr ayı neft maqnatı Mixail Xodorkovskini fırıldaqçılıq və vergilərdən boyun qaçırma ittihamı ilə həbs etməsindən sonra yaranıb.

XS
SM
MD
LG