Accessibility links

İraqda daha iki Amerika əsgəri qətlə yetirilib - 2004-01-22


İraqda müxtəlif bölgələrdə həyata keçirilən hücumlar zamanı iki Amerika əsgəri və iki İraq polisi daxil olmaqla, səkkiz adam həlak olub.Birləşmiş Ştatların hərbi nümayəndələri deyirlər ki, Amerika əsgərləri Baqdadın şimalındakı Baquba şəhəri yaxınlığında raket və minomyot atəşinə məruz qalıblar. Dünən Baqdadın qərbində yerləşən Fallucah şəhəri yaxınlığında naməlum hücumçular tərəfindən miniavtobus atəşə tutulmuşdur. Avtobus merikanın hərbi bazasında işləyən qadınları daşıyırdı. Həmin qadınlardan 3-ü həlak olmuş, 6-sı yaralanmışdır. Hadisədən sağ çıxanlar onların Amerikanın hərbi bazasında işlədiklərinə görə hücuma məruz qaldıqlarını deyirlər. Sünni üçbucağı adlandırılan Baquba və Fallucah koalisiya qüvvələrinin ən çox hücuma məruz qaldığı yerdir.Bu arada, İraqdakı İspaniya komandirinin cənub Divaniya şəhərindəki reyd zamanı başından güllə yarası aldığı xəbər verilir.

XS
SM
MD
LG