Accessibility links

İraqın Xaldiya şəhərində partlayış olub - 2004-01-27


İraqın Xaldiya şəhərində yol kənarına yerləşdirilmiş bomba partlayışı 3 Amerika əsgəri və bir iraqlı mülki vətəndaşın ölümü ilə nəticələnib. Hadisə zamanı bir neçə adamın yaralandığı bildirilir.Birləşmiş Ştatların həbriçiləri partlayışın olduqca güclü olduğunu deyirlər. Onların bildirdiyinə görə bomba Amerikanın hərbi maşın karvanının keçdiyi vaxt işə düşmüşdü. Şahidlərə əsasən bildirilir ki, partlayış maşınlardan birinin yanmasına yol açmışdı. Digər şahidlər ikinci partlayışın hərbi dəstənin hadisə yerinə yaxınlaşdıqları vaxt baş verdiyini deyirlər. Qeyd edək ki, Xaldiya şəhəri koalisiya qüvvələrinin ən çox hücuma məruz qaldığı yerdə-sünnü ücbucağı adlandırılan bölgədə yerləşir. Keçən şənbə günü bu şəhərdə maşına yerləşdirilmiş bomba partlayışı 3 amerika əsgərinin ölümü, 6-nın yaralanması və bir neçə mülki vətəndaşın xəsarət alması ilə nəticələnmişdi.

XS
SM
MD
LG