Accessibility links

Yaponiya İraqa qüvvə göndərir - 2004-01-30


Yaponiya parlamentinin aşağı palatası hökumətin ikinci dünya müharibəsindən sonra ilk geniştərkibli hərbi qüvvələrinin İraqa göndərilməsi planını təsdiq edib. Müxalif qanunvericilərin səsverməni boykot etməsi ilə plan asanlıqla təsdiq edilib. Aşağı palata bundan əlavə qoşunların göndərilməsi və digər xərcləri əhatə edən 1.2 milyardlıq büdcəni də təsdiq edib. Baş nazir Yuniçiro Koyzumi hökuməti 600 əsgərdən ibarət qüvvənin humanitar və yenidənqurma işlərinə yardım məqsədi ilə İraqa göndərilməsi planını bu həftənin əvvəllərində tərtib etmişdi.

XS
SM
MD
LG