İranın xarici işlər naziri Livan müharibəsi dövründən itgin düşən 4 iranlı diplomatın taleyinin müzakirəsi məqsədi ilə sabah Livana yola düşür. Livanın xəbər agentliyinin bildirdiyinə görə Kəmal Xərrazi livanlı həmkarı Cean Ubayd və parlament spikeri Nabih Birri ilə görüşməlidir. İranın xarici işlər naziri keçən həftə İsrail və Livanın Hezbulla qrupu arasında məhbusların mübadiləsinin 1982-ci ildən yoxa çıxan iran diplomatlarının taleyinə də təsiri olacağına ümid bəsləyir.