Accessibility links

Hans Bliks Toni Bleyeri ittiham etdi - 2004-02-08


BMT-nin nüvə silahları üzrə sabiq baş müfəttişi Hans Bliks Britaniyanın baş naziri Toni Bleyeri müharibəyə başlamaq üçün İraqın yaratığı təhlükəni şişirtməkdə ittiham edib. BBC şirkətinə verdiyi müsahibədə Hans Bliks Bleyer hökumətinin İraqın kütləvi qırığın silahlarına malik oldğuna dair dəliləri şişirtdiyini deyib. Cənab Bliks bu açıqlamaları Britaniya kəşfiyyatının İraqın 45 dəqiqə ərzində kimyəvi, ya da bioloji silah yerləşdirə bilməsinə dair məlumatlarına istinad edərək verib. Hans Bliks deyib ki, Birləşmiş Ştatların başçılığı ilə keçən ilin mart ayında müharibə başlayanda İraqın kütləvi qırğın silahlarına malik olmadığı aydın idi. Birləşmiş Ştatların təhqiqatçıları İraqda intensiv axtarışlardan sonra hələ də kimyəvi, bioloji və nüvə silahlarının olduğuna dair dəlil aşkar etməyiblər. Birləşmiş Ştatların İraqda silahlar üzrə sabiq baş müfəttişi Deyvid Key keçən həftə bəyan etmişdi ki, ekspertlər İraqın müharibədən əvvəl hərbi qabiliyyətini qiymətlndirərkən demək olar ki, “tam yanlışlığa” yol vermişlər.

XS
SM
MD
LG