Accessibility links

Islamabad danışıqlarının ilk günü başa çatdı - 2004-02-16


Hindistan və Pakistan bü gün rəsmi İslamabad danışıqlarının birincü gününü başa çatdırıblar. Danışıqların konstruktiv şəraitdə keçdiyi xəbər verilir. Pakistanın xarici əlaqələr idarəsinin müxbirlərə bildirdiyinə görə tərəflər Kəşmir münaqişəsi ilə əlaqədar təkliflər və vaxt cədvəli ilə bağlı fikir mübadiləsi aparıblar. Tərəflər arasında təsadüfi nüvə münaqişəsi də müzakirələrin diqqət mərkəzində olub. Qeyd edək ki, hər iki ölkənin xarici məsələlər üzrə katibləri gələcək danışıqlara hazırlıq məqsədi ilə çərşənbə günü görüş keçirməlidir.

XS
SM
MD
LG