Accessibility links

Ramsfild: Əl-Qaidə İraqda zorakılıqların əsas hissəsinə görə məsuliyyət daşıyır  - 2004-02-22


Birləşmiş Ştatların müdafiə naziri Donald Ramsfild İraqda zorakılıqlara görə başlıca olaraq Əl-Qaidənin məsuliyyət daşıdığını bildirib. Cənab Ramsfild Əl-Qaidə üzvlərinin İraqda Birləşmiş Ştatların başçılığı ilə koalisiya qüvvələrinə qarşı hücumlara ən fəal şəkildə cəlb olunduqlarını deyib. Müdafiə naziri bu açıqlamaları İran körfəzinə əvvəlcədən elan edilməmiş səfərinin dayanacağı olan İrlandiyada verib. Donald Ramsfild bəyan edib ki, İraqa daxil olan partizanlar ölkənin dini və etnik qrupları arasında fikir ayrılıqları yaradıb bununla ABŞ-ın demokratiya səylərinin qarşısını almağa ümid edirlər.

XS
SM
MD
LG