Accessibility links

Şimali Koreya danışıqların səmərəsiz keçdiyini deyir - 2004-02-28


Çinin ev sahibliyi etdiyi Şimali Koreyanın nüvə silahı proqramı ilə bağlı danışıqlar heç konkret razılıq və Şimali Koreyanın bildirdiyinə görə heç bir nailiyyət əldə edilmədən başa çatıb. Amerikanın Səsinin müxbiri Luis Ramirezin Pekindən verdiyi xəbərdə deyilir ki, Birləşmiş Ştatlar rəsmiləri 6 ölkə arasında 4 gün aparılan danışıqların Vaşinqtonun gözlədiyindən daha səmərəli olmuşdur. Birləşmiş Ştatların adını açıqlamaq istəmədiyi rəsmi nümayəndəsi danışıqların Şimali Koreyanın tam, sübut edilmiş şəkildə və heç bir dəyişikliyə yol vermədən nüvə silahı proqramından əl çəkməsinə doğru atılan bir addım kimi qiymətləndirmişdir. O demişdir ki, Şimali Koreyadan başqa bununla danışıqlarda iştirak edən tərəflərin hamısı razıdır. Çinin xarici işlər naziri müxbirlərlə söhbətində danışqların yekunları haqda məlumat vermişdir. O deyib ki, tərəflər yekdilliklə sülh prosesinin davam etdirilməsi barədə razılıq əldə ediblər. Onlar bağlı qapılar arxasında keçirilən altıtərəfli danışıqların üçüncü raundu iyun ayının sonunadək keçirilməsində də ortaq firkrə malikdirlər. Cənab Vanq eləcə də bildirib ki, bu və digər məsələlərlə məşğul olacaq aşağı səviyyəli bir qrup yaradılacaq. Bağlı qapılar arxasında keçirilən danışıqlardan sonra Şimali Koreyanın nümayəndə heyətinin başçısı Kim Qye Qvan müxbirlərlə söhbətində Birləşmiş Ştatları danışıqların nailiyyətsizliyində günahlandıraraq deyib ki, Birləşmiş Ştatların bu məsələdə tuitduğu mövqe danışıqların müsbət nəticəsini istisna etmişdir. O, Şimali Korayanın uranın zənginləşdirilməsi proqramına malik olduğunu imtina edib.

XS
SM
MD
LG