Accessibility links

Ərəb Liqasının xarici işlər nazirləri islahatlarla bağlı razılıq əldə ediblər - 2004-03-03


Misrin xarici işlər naziri Əhməd Maher ərəb ölkələri təşkilatının islahat layihəsinin gələn ayın axırınadək açıqlanacağını bildirib. Ərəb Liqasının nümayəndəsi Hüssam Zəki təfərrüat verməsə də, nazirlərin iqtisadiyyat və qərarlara əsas verən məsələlərin ümumiləşdirilməsi, habelə təşkilata daha artıq səlahiyyyət verilməsinə çalışdığını demişdir.“Razılaşdırlan məsələlər liqanın qətnamələrinə riayət və təşkilatın qərarları və yığıncaqlarının etibarlılığıdır. Bu, iqtisadi əməkdaşlıq və ərəb ölkələrinin inteqrasiyasına nail olunması üçün yaxşı bir imkandır”-deyə o bildirmişdir.Ərəb ölkələri təşkilatı son illər effektivsizliyi və üzvləri arasındakı fikir ayrılıqlarına görə tənqidlərlə üzləşir. Təşkilatın baş katibi Əmr Musa iki günlük Qahirə görüşünü nailiyyətli adlandırıb, lakin deyib ki, əsl islahatlara vaxt lazım olacaq.Misir, Səudiyyə Ərəbistanı və Suriya Ərəb Liqası çərçivəsində yeni təşkilatlar yaradılması təklifi ilə çıxış etmişlər. Bunların bəziləri təhlükəsizlik və iqtisadi əməkdaşlıq, digərləri isə liqanın qərarlarını həyata tətbiq etməklə məşğul ola bilər.Ərəb Liqasına üzv 22 ölkənin xarici işlər nazirləri yığıncaq zamanı İsrail-Fələstin münaqişəsi, İraqda durum və Yaxın Şərqdə islahatlar məsələlərini də müzakirəyə qoymuşlar. Ərəb ölkələrinin əksəriyyəti Yaxın Şərqdə demokratiyanın inkişafı ilə bağlı Birləşmiş Ştatların təkliflərini rədd etmişlır.

XS
SM
MD
LG