Accessibility links

Madriddə  partlayışlar zamanı 192 adam  həlak olub - 2004-03-11


Bomba partlayışları səhər nəqliyyatın ən işlək vaxtı Madridin mərkəzi dəmiryol vağzalı Atoça da daxil edilməklə, üç stansiya yaxınlığında baş verib. Daxili İşlər naziri Anxel Asebesə istinad edən xəbər agentlikləri bombaların demək olar ki, eyni vaxt partladığını bildirirlər. Hələlik əməliyyatın məsuliyyətini öz üzərinə götürən olmayıb. İspaniya polisinin ilkin məlumatında əməliyyata görə bask separatçılarının qrupu olan ETA-nın məsuliyyət daşıdığı deyilmişdi. Lakin fəaliyyəti qadağan olmuş bask siyasi partiyasının lideri Batasuna partlayışın ETA tərəfindən həyata keçirilmədiyini deyib və hadisəyə görə onun sözlərilə “ərəb müqaviməti”nin məsliyyət daşıdığını əlavə edib. İspaniyanın Daxili İşlər naziri Anxel Asebes deyib ki, hökumət bütün variantları nəzərdən keçirir.

Əvvəl verilmiş məlumatlarda bugünkü partlayışlar İspaniyanın İraqda Birləşmiş Ştatlarla yaxın əməkdaşlığı ilə əlaqələndirilmişdi. Hadisə İspaniyada ümumi seçkilərin keçirilməsindən 4 gün əvvələ təsadüf edib. Xəbərlərə əsasən, seçkilərdə iştirak edən bütün siyasi partiyalar kampaniyalarını dayandırıblar. Baş Nazir Xose Maria Aznar ölkədə üç gün matəm elan edərək bildirib ki, əməliyyata görə məsuiliyyət daşıayanların ədalət məhkəməsi qarşısına çıxarılması üçün əlindən gələni əsirgəməyəcək.

XS
SM
MD
LG