Accessibility links

ABŞ-ın dövlət katibi  Cənubi Asiyadadır  - 2004-03-16


Bu gün dövlət katibi Kolin Pauell Hindistanda Kəşmir münaqişəsinə görə aralarında düşmənçilik mövcud olan Hindistan və Pakistanın gərginliyin azaldılması səylərini alqışlamışdır. Dövlət katibi Pauelin Cənubi Asiyaya iki əvvəlki səfəri Hindistan və Pakistan arasındakı münaqişənin həllinə yönəlmişdi. Lakin hazırkı səfər vəziyyətin dəyişdiyi bir vaxta təsadüf edir. Hindistanlı həmkarı Yoşvant Sinha ilə birgə mətbuat konfransında ABŞ dövlət katibi tərəflərin münaqişənin nizamlanması yolunda atdıqları addımları alqışlayaraq, Pakistan prezidenti Pərviz Müşərrəfin ikiyə bölünmüş Kəşmir regionunda müsəlman yaraqlıların fəaliyyətlərinə son qoyacağı vədlərinə əməl edəcəyinə ümid bəslədiyini demişdir.Dövlət katibi Kolin Paeull bundan əlavə Hindistanın baş naziri Atal Behari Bacpayi və Konqres Partiysının lideri Sonia Qandi də daxil edilmələ, Hindistanın dövlət və hökumət başçıları ilə görüşlər keçirmiş, Amerika-Hindistan arasındakı iqtisadi əlaqələr, telefon zəngləri mərkəzinin Amerikadan Hindistana köçürülməsi kimi xidmətlərin daşınması məsələlərini müzakirə etmişdir.

XS
SM
MD
LG