Pakistanın hərbi rəsmilərinin bildirdiyinə görə Pakistanın şimalqərbində həyata keçirilən əməliyyatlarda Əl Qaidə üzvü olmaqda şübhələnilən 100 nəfər həbs edilib. Pakistanən generalı Səfdər Hüseyn deyib ki, ələ keçirilənlərin arasında xarici döyüşçülər də var. Lakin onların arasında Əl Qaidənin yüksək səviyyəli üzvlərinin olub-olmaması məlum deyil. Pakistan hərbiçiləri xəbər vermişdilər ki, mühasirədə olan Əfqanıstanla sərhəd ərazidə Üsama bin Ladenin köməkçisi gizlənir. Lakin general Hüseyn müxbirlərlə söhbətində deyib ki, hələ də mühasirədə olan həmin ərazidə Əl Zəvahiri deyil, Çeçen və ya Özbək liderlərindən biri gizlənir.