Accessibility links

İslamçı yaraqlılar girov saxladıqları pakistanlıları azad edib - 2004-03-28


İslamçı yaraqlılar girov saxladıqları Pakistanın 11 əsgərini və iki rəsmi şəxsini azad etdikdən sonra Pakistanın hərbi qüvvələri məntəqədən geri çəkilir. Pakistanın rəsmiləri deyirlər ki, Əl-Qaidənin üzvləri olmalarından şübhənilən yaraqlılar əsgələri martın 16-də əsir almışdılar. Həmin gün Pakistanın hərbi qüvvələri onlara qarşı geniş miqyaslı hücumlar təşkil etmişdilər. Cənubi Vəziristanın tayfa ağsaqqaları yaraqlılarla danışıqlardan sonra əsgərləri və rəsmi şəxsləri azad etmişlər. Birləşmiş Ştatların başçılığı altındakı koalisiya qüvvələri tərəfindən Taliban rejimi devrildikdən sonra Taliban və Əl-Qaidə qalıqlarının Əfqanıstan sərhəd məntəqəsinin yaxınlığında Pakistan ərazisində sığınacaq tapdıqlarına inanılır. Pakistanın bu məntəqəyə etdiyi geniş miqyaslı hücumun məqsədi onları bu məntəqədən təmizləməkdir. Pakistan rəsmiləri deyirlər ki, 12 gün davam edən bu əməliyyat nəticəsində təxminən 60 yaraqlı öldürülmüş, azı 162 yaraqlı həbs edilmişdir. Pakistan hərbi qüvvələrinin nümayəndəsi, general mayor Şökət Sultan dediyinə görə kəşfiyyat mənbələri və həbsdə olanların bəziləri atışmalarda Özbəkistan İslamçı hərəkatın lideri və Taliban rejiminin yaxın müttəfiqi Tahir Yuldaşevin yaralandığını təsdiq ediblər. Lakin o ələ keçirilməyib. Pakistan rəsmiləri deyirlər ki, əməliyyat nəticəsində yaraqlıların bazalarına ciddi zərbələr endirilmişdir.

XS
SM
MD
LG