Accessibility links

Madrid-Seviliya dəmir yolu xəttində partlayıcı qurğu tapılıb - 2004-04-02


İspaniyanın daxili işlər naziri bildirir ki, Madridlə Seviliya şəhərlərini bağlayan dəmir yolu xəttində partlayıcı qurğu aşkar edilib. Nazir qeyd edib ki, dəmir yol xidmətinin işçisi rəsmi dairələri əşya barədə xəbərdar etdikdən sonra polislər xəttin üstündə 10 kiloqramlıq partlayıcı maddə və detonator aşkar edibər. İspaniyanın xəbərlər agentliyinə əsasən aşkar olunmuş partlayıcı maddə Madriddə 11 mart partlayışlarında istifadə olunmuş maddə ilə eynidir. Bu arada isə Madriddə hakim 191 adamın qətlinə yol açmış partlayışlarla bağlı həbs olunan şübhəli şəxslərin 3-ü azad edib. Rəsmi şəxslər hadisə ilə bağlı 11 nəfəri nəzarət altına alıblar.

XS
SM
MD
LG