Accessibility links

Acariya Avropa Məhkəməsinin tələbini yerinə yetirdi - 2004-04-09


Gürcüstanın muxtar Acariya regionunun lideri Aslan Abaşidze Avropa İnsan Hüquqları Məhkəməsinin tələbilə 12 il həbs cəzası almış Batumu şəhərinin keçmiş meri Tengiz Asanidzeni azadlığa buraxıb. Cənab Abaşidzenin nümayəndəsinin bildirdiyinə görə, Tengiz Asanidze Tbilisiyə göndərilmək üçün həbsxanadan Batumi hava limanına aparılıb. Gürcüstan prezidenti Mixail Saakaşvili cümə axşamı Aslan Abaşidzenin Avropa məhkəməsinin tələbini yerinə yetirməsini istəmişdir. Mixail Saakaşvili Acariya rəsmilərinin imtina etdiyi təqdirdə, Gürcüstanın hüquq-mühafizə orqanlarının cənab Asanidzeni azad edəcəkləri haqda xəbərdarlıq etmişdir. Qərargahı Strasburqda yerləşən məhkəmə Gürcüstan rəsmilərinin məhbusa çəkdiyi zərərə görə 182 min dollar məbləğində vəsait ödəməsi haqda qərar çıxarmışdır.

XS
SM
MD
LG