Accessibility links

Acariya ilə razılıq əldə edilmədi - 2004-04-13


Gürcüstanın baş naziri Zurab Jvaniya Acariya lideri Aslan Abaşidze ilə silahlı qruplaşmaların tərkisilahı ilə bağlı razılıq əldə edə bilmədiyini bildirir. Dünən Gürcüstan prezidenti Mixail Saakaşvili yaraqlıların silahlarını yerə qoymadığı təqdirdə, Abaşidzenin yerli hökumətinin buraxılacağı barədə xəbərdarlıqla çıxış etmişdi. Prezident həmçinin, Acariyada yeni seçkilər keçirməyə hazır olduğunu da bəyan etmişdir.

XS
SM
MD
LG