Accessibility links

Toni Bleyer deyib ki, koalisiya qüvvələri ekstremistlərə qalib gələcək - 2004-04-17


Britaniyanın baş naziri Toni Bleyer bildirib ki, Birləşmiş Ştatların başçılıq etdiyi koalisiya qüvvələri İraqda işlək demokratiyanın yaradılması işini başa çatdırmaq üçün lazım olan hər şeyi etməlidir. Britaniya liderinin sözlərinə görə iraqlıların böyük əksəriyyəti demokratiya istəyir. O qeyd edib ki, koalisiya qüvvələri İraqda inkişafın dayanmasını görmək istəyən fanatik ekstremist və terrorçu qüvvələri məğlub edəcək. Cənab Bleyer cümə günü Prezident Buşla görüşündən sonra bu şərhi Britaniya radiosuna vermişdir. Hər iki lider bəyan edib ki, BMT-nin inkişaf etdirdiyi plana uyğun olaraq İraqın suverenliyi iyunun 30-da müvəqqəti hökümətə təhvil veriləcək.

XS
SM
MD
LG