Yenicə çixmış kitabda yazıldığına görə Prezident Buş İraqa hərbi hücum barədə planı 2001-ci il, 11 Sentyabrda baş vermiş terror hadısəsindən cəmi bir neçə ay sonra cızmağa başlamışdı. “Hücum Planı” adlı kitab Vaşinqton post qəzetinin redaktor köməkçisi Bob Vudvord tərəfindən yazılıb. Orada deyilənə görə, baxmayaraq ki, Buş administrasiyası İraqda kütləvi qirğın silahları üzrə yaranmış qarşıdurmanı diplomatik yollarla həll edəcəyi haqda dünya ictimaiyyətinə əminlik veriridi, o, gizlicə hərbi müdaxilə planlaşdırırdı. Kitabda deyilir ki, Prezident Buş hələ 2003-cü ilin əvvəlində belə qərara gəlmişdi ki, BMT müfəttişləri qeyri-effektivdir və hərbi müdaxilə labüddür.