Accessibility links

Prezident Buş ispan qüvvələrinin İraqdan çıxarılmasına təəssüf edir - 2004-04-19


Prezident Buş İspaniyanın baş naziri Hose Luiz Rodriqez Zapadero ilə bügünkü telefon söhbəti zamanı İspaniyanın qoşunlarını İraqdan çıxarması qərarını təəəssüf hissi ilə qarşıladığını deyib. Ağ Evin bildirdiyinə görə 5 dəqiqəlik telefon söhbəti zamanı prezident Buş deyib ki, qüvvələrin əlaqələndirilmiş şəkildə çıxarılması İraqdakı digər koalisya qüvvələrini risk qarşısında qoymayacaq. Qeyd edək ki, dünən İspaniyanın vəzifə başına keçən yeni baş naziri ispan qüvvələrinin İraqdan çıxarılacağını elan etmişdi.

XS
SM
MD
LG