Birləşmiş Ştatların Daxili Təhlükəszlik naziri Tom Ridc gələcək terror hücumlarının qarşısının alınması məqsədi ilə yeni orqan yaradılacağını bildirib. Nazirin bildirdiyinə görə 8 kabinet səviyyəli agentliklər sənaye, bələdiyyə və yerli polis qüvvələri ilə birgə fəaliyyət göstərib, hava limanları, qatar stansiyaları və kimyəvi obyektlər kimi potesial hədəfləri müdafiə edəcək. Tom Ridc Amerikanın xatirə və müstəqillik günləri daxil ediləklə, bayram mövsümləri və digər mühüm tədbirlər vaxtı terror hücumları təhlükəsi ilə üzləşə biləcəyini deyib. Amerikanın terror təhlükəsi ilə uyun ayında Böyük Səkkizlərin sammiti, Respublikaçı və Demokrat partiyaların konvensiyaları, habelə noyabr ayı prezident seçkiləri zamanı üzləşəcəyindən ehtiyat edilir.