Accessibility links

İsrail rəsmisi Likud partiyasından Baş Nazir Şaronun planına dəstək istəyib - 2004-04-23


Şaronun Qəzza Zolağı və Qərb Sahilinin bəzi hissələri ilə əlaqələri birtərəfli şəkildə kəsmək haqda planını rədd etməməyə çağırmışdır. Baş Nazir müavini Ehud Olmert bu gün radio ilə verdiyi müsahibədə bildirmişdir ki, plana “yox” səsinin verilməsi acı nəticələrə səbəb olacaq. Mayın 2-də Qəzza zolağındakı Yəhudi məntəqələrinin ləğv edilməsi və və Qərb Sahilindəki iri Yəhudi məntəqələri üzərində nəzarətin saxlanılmasıni nəzərdə tutan plan Likud partiyasının üzvləri qarşısında səsə qoyulacaq. Bu arada Qərb Sahilindəki Kalkiliyyə qəsəbəsində bu gün İsrail qüvvələri dayanmaq əmri verildikdən sonra aradan çıxmağa cəhd edən 3 Fələstinli yaraqlını öldürmüş, birini isə yaralamışlar.

XS
SM
MD
LG