Accessibility links

ABŞ-da seçkiqabağı kampaniyalar davam edir - 2004-05-04


Bu gün Birləşmiş Ştatlar prezidenti Corc Buş seçkiqabağı kampaniyasını Ohayo ştatında davam etdirib. Son illər işsizlikdən iztirab çəkən bu ştat prezidentin dünən səfər etdiyi Miçiqan ştatı ilə həmsərhəddir. Prezident Buş tərəfdarları qarşısında vergilərin ixtisarının iqtisadiyyatın dirçəlişi və işsizlik səviyyəsinin aşağı salınmasına xidmət edəcəyini bildirib. ABŞ prezidenti İraq siyasətini də müdafiə edib. Demokrat partiyasından prezidentliyə namizəd Con Kerri isə siyasi karyerası və Vyetnam müharibəsi təcrübəsini önə çəkən 25 milyonluq reklam kampaniyasına başlayıb.

XS
SM
MD
LG