Accessibility links

Prezident Buş Fələstin dövlətinin gələn il yaranacağına inanmır - 2004-05-08


Prezident Buş Misir qəzetinə demişdir ki, indiki halda Fələstin dövlətinin gələn il reallığa çevrilməsi ehtimalı azdır. Misrin yarı-rəsmi gündəlik qəzeti Əl-Əhramın bu gün çap etdiyi müsahibədə Prezident Buş bunun səbəbini Fələstin rəhbərliyinin terrorizmin öhdəsindən gələ bilməməsində, və Fələstin hökumətində baş vermiş son dəyişikliklərdə gördüyünü söyləmişdir. Buna cavab olaraq Fələstin lideri Yasir Ərafat müxbirlərə belə bir dövlətin yaradılmasınin gecikdirilməsini qeyri-real adlandırmışdır. O, deyib ki, əvvəlki razılıqlara əsasən Fələstin dövləti hələ 1999-cu ildə yaranmalıydı.

XS
SM
MD
LG