Accessibility links

Bağdadda partlayış zamanı dörd adam həlak olub - 2004-05-09


Birləşmiş Ştatların hərbi qüvvələri Bağdadda ayrı-ayrı baş vermiş iki insident zamanı 19 yaraqlının və 9 polis və mülki vətəndaşın öldüyünü bildirirlər. Bağdaddan qərbdə bazarda baş vermiş partlayış zamanı ölən dörd iraqlı arasında polis və mülki vətəndaşlar var. Assoşieyted Press agentliyinin verdiyi məlumata görə partlayış İraq polisinin obyetkdə tapılşmış bombanı zərərsizləşdirməyə cəhd edərkən baş vermişdir. General Mark Kimmit Bağdadda ABŞ hərbi qüvvələri və radikal şiə lider Müqtəda əl-Sədrin tərəfdarları arasında toqquşmalarda 19 yaraqlının qətlə yetirildiyini bəyan edib. Paytaxtda baş vermiş bu toqquşma Amerika qüvvələrinin əl-Sədrin Bağdaddakı ofislərini mühasirəyə alıb onun iki yardımçısını ələ keçirməsindən bir neçə saat sonraya təsadüf edib.

XS
SM
MD
LG