Accessibility links

İslam Cinadı hücuma məruz qalıb - 2004-05-15


İsrail vertolyotları İslam Cihadı qrupunun iki liderini raket atəşinə tutub. Liderlər hücumdan xəsarət almadan xilas ola bilmişlər. İslam Cihadı qrupunun liderlərindən biri Məhəmməd Əl-Hindinin tərəfdarları İsraildən bunun qısasını alacağına and içiblər. Əl-Hindinin təşkilatı ABŞ Dövlət Departamentinin terrorçu qruplar siyahısına daxildir. Qrup İsrailə qarşı bir sıra intihar və digər hücumların, o cümlədən keçən çərşənbə günü 5 İsrail əsgərinin qətlinin məsuliyyətini üzərinə götürüb. Məhəmməd Əl-Hindinin idarəsinə qarşı hücumdan qabaq, İsrailin vertolyotları İslam cihadı qrupunun Qəzzə zolağındakı hərbi qanadının lideri Məhəmməd Şeyx Xəlilin evinə raket atmışlar. Fələstinli sakinlər Məhəmməd Şeyx Xəlilin hücumdan əvvəl evindən çıxdığını deyirlər. İsrailin hərbi qüvvələri Qəzzə şəhərinin cənubunda fələstinlilərin evlərini dağıtmışlar.

XS
SM
MD
LG