Accessibility links

ABŞ Rusiyanın İrana nüvə sahəsində yardımından narahatdır - 2004-05-20


Birləşmiş Ştatların silah məsələləri üzrə xüsusi nümayəndəsi Con Bolton bəyan edib ki, Rusiyanın İrana nüvə sahəsində yardımı Amerikanı narahat edən məsələ olaraq qalır. Cənab Boltonun açıqlamaları onun Moskvada Rusiyanın yüksək səviyyəli rəsmiləri ilə silahların yayılmaması haqda danışıqlarından sonraya təsadüf edib. Xüsusi nümayəndə İranın nüvə silahı istehsalı üçün Buşehr nüvə reaktoru lahiyəsinin gerçəkləşməsində Rusiyanın köməyindən istifadə edə biləcəyilə narahatlıqları yenidən dilə gətirib. Rusiya və İran rəsmiləri layihənin dinc məqsəd daşıdığını bildirirlər.

XS
SM
MD
LG