Accessibility links

İraq döyüşlərində 10 adam həlak olub - 2004-05-21


Nəcəf və Kərbəla şəhərlərində Birləşmiş Ştatlar qüvvələri və şiə ruhani Əl-Sədrə sadiq qüvvələr arasında döyüşlər davam edir. Döyüşlər zamanı 10-dan artıq iraqlının həlak olduğu xəbər verilir. Ərədilli Əl-Cəzirə tele-şirkətinin bildirdiyinə görə öldürülənlər arasında şirkətin bir iraqlı işçisi də var. Şiə ruhani Müqtəda Əl-Sədr bü gün Kufa şəhərində cümə namazı zamanı hətta onun özünün öldürüldüyü təqdirdə belə, Amerikanın başçılıq etdiyi koalisyaya qarşı mübarizənin davam etdirilməsinə çağırmışdır. Birləşmiş Ştatların polkovniki Pete Mansurun bildirdiyinə görə dünən gecə yaraqlılar Kərbəlanın qədim hissəsində keşik çəkən Amerika tanklarına qarşı raket hücumuna keçmişlər. Tankların hücuma cavab atəşi nəticəsində bir neçə bina və yaraqlıların silah anbarına ziyan dəymişdir. Bağdadın şimalda yerləşən Baqubada isə İraqın təhlükəszlik qüvvələrinin 4 üzvü qətlə yetirilmişdir. Onlar yük maşını sürən yaraqlıların hücumuna məruz qalmışdılar. Bütün bunlarla yanaşı, məhbuslara qarşı təzyiqlərə səhnə olan Əbu Qreyb həbxanasından bu gün bir qrup iraqlı azad edilmişdir. Amerika ordusunun bildirdiyinə görə 472 məhbusun azad edilməsi həbsxanadakı dustaqların sayının yarıya endirilməsi proqramı çərcivəsində həyata keçirilb.

XS
SM
MD
LG