Accessibility links

Zurab Jvaniya Rusiyadadır - 2004-05-24


Gürcüstanın baş naziri Zurab Jvaniya iki günlük Rusiya səfərinə çıxıb. Moskvada onun rusiyalı həmkarı Mixail Fradkovla görüşü gözlənilir. Tərəflər Gürcüstan respublikasının etnik münaqişələini müzakirə etməlidirlər. Gürcüstan rəsmilərinin bildirdiyinə görə danışıqlar zamanı Abxaziya muxtar respublikası və Cənubi Osetiya separatistlərinin Gürcüstanın mərkəzi hökumətini tanıması üçün prezident Mixail Saakaşvilinin səyləri də müzakirə ediləcək. Jvaniyanın başçılıq etdiyi nümayəndə heyəti Rusiyanın Qazprom şirkətinin nümayəndələri ilə görüşüb, Gürcütsanın enerşi ilə təminatının bərpası məsələsini müzakirə edəcəklər.

XS
SM
MD
LG