Birləşmiş Ştatların Əfqnıstandakı hərbi qüvvələri Amerikanın başçılıq etdiyi koalisiyanın ötən həftə Pakistan sərhədlərini keçdiyini inkar edir. Taleban və Əl-Qaidə qalıqlarının axatarışını həyata keçirən hərbi koalisiya 2001-ci ilin axırlarından etibarən sərhəd bölgələrində əməliyyat aparır. Leytenent-polkovnik Taker Mansaqerin Kabildə müxbirlərə bildirdiyinə görə Amerika qüvvələri Pakistan sərhədlərini bircə dəfə may ayının 2-si Lvara Mandi kəndinə girməklə pozmuşdu. Pakistan isə may ayının 20-də qüvvələrin yenidən həmin bölgədə sərhədləri pozduğuna etitazını bildirir.