Accessibility links

Iraqın yeni hökuməti elan edildi - 2004-06-01


BMT-nin İraq üzrə nümayəndəsi Laxdar Brahiminin İraqın yeni hökumətini elan etdiyi vaxt Bağdadın mərkəzi və İraqın şimal bölgəsində güclü partlayışlar olmuşdur. Polis Kürdüstan Vətənpərvər partiyasının qərargahında 10 adamın həlak olduğunu desə də, Amerika zabitinin bildirdiyinə görə 3 adam həlak olub. Amerikanın hərbi mənbələri şimali İraqda maşına yerləşdirilmiş bomba partlayışının 11 iraqlının ölümünə, 20-dən artığının isə yaralanmasına səbəb olduğunu bildirirlər. Tikrit şəhəri yaxınlığındakı Amerika hərbi bazasının qarşısında isə iki Amerika əsgərinin yaralandığı xəbər verilir. Amerikanın hərbi qüvvələrinin bildiridiyinə görə dünən Əl-Ənbar vilayətində keçik çəkən bir dəniz qüvvələri əsgəri öldürülmüşdür. İraqda isə yeni hökumət elan edilib. BMT-nin İraq üzrə xüsusi nümayəndəsi Laxdar Brahimi İraqın hazırkı idarəetmə şurasının sədri Şeyx Qazi Əl-Yavəri cari ayın 30 hakimiyyəti təhvil alacaq müvəqqəti hökumətə prezident təyin edib. Bu gün gələcək hökumətin baş naziri İyad Əlləvi kabinet nazirlərinin siyahısını açılayıb. Hazırkı idarəetmə şurası isə buraxılmasına qərar verib. Amerikanın başçılıq etdiyi koalisiyanın iyunun 30-dək ölkədə qalacağı gözlənilir. Prezident Buş İraqın müvəqqəti hökumətinin təşkilini alqışlamışdır. Bu gün Ağ Evdə çıxış edən prezident bunu İraq xalqının tam suverenlik yolunda atdığı daha bir addım adlandırmışdır.

XS
SM
MD
LG