Beyrutda keçirdikləri görüşdə OPEK təşkilatına daxil olan ölkələr iyulun birindən etibarən neft istehsalının gündə iki milyon, lazım olarsa, avqust ayında isə daha yarım milyon barrelə çatdırılması haqda razılığa gəliblər. Təşkilata daxil olan ölkələrin neft nazirləri bu addımla son günlər rekord səviyyəyə çatan neft qiymətlərinin aşağı salınmasına səy göstəriblər. Neft nazirlənin görüşü Səudiyyə Ərəbistanının yataqlarına terror hücumlarının neft istehsalına zərbə endirəcəyilə balğı narahatlıqlar fonunda keçib.