İraqın yeni keçid hökumətinin baş naziri İraqlıları terrorizmə qarşı birləşməyə səsləyib. O, əlavə edib ki, xarici qüvvələrin ölkədə olması İraqda İyunun 30-u baş verəcək hakimiyyət ötürülməsindən sonra ölkədə stabiliyyin qorunması üçün mühüm rol oynayır. Bu gün özünün ilk televiziya ilə xalqa müraciətində İyad Ələvi qiyamçılara koalisiya qüvvələrinə qarşı yapdıqları hücumlara son qoymaya çağırıb. O, həmçinin qeyd edib ki, potensial terrorçuları ölkəyə buraxmamaq məqsədilə yeni hökumət İraqa xaricdən gələn insanlara olan nəzarəti gücləndirəcək. Cənab Ələvi bəyan edib ki, İraqın prezidenti Qazi əl Yavər iqtisadi terrorun qarşısın almaq səylərinə qoşularaq bu ay Birləşmiş Ştatlarda keçiriləcək Səkkizlər Qrupunun sammitində iştirak edəcək.