Dünya Tibb Təşkilatının apardığı araşdırmalar belə nəticəyə gəlib ki, ciddi ruhi xəstəliklər qlobal müstəvidə geniş yayılıb və inkişaf etməkdə olan ölkələrdə onlar çox zaman müalicə olunmurlar. Təhqiqatçılar müəyyən ediblər ki, inkişaf etməkdə olan ölkələrdə ruhi xəstələrin 75-85%-i sorğu aparılan tarixdən 12 ay əvvəl müddətdə müalicə edilməyib. Halbuki, inkişaf etmiş ölkələrdə eyni müddətdə müalicə olnumamış xəstələrin sayı 35-50 faiz arasındadır.
Amma araşdırma müəyyən edib ki, sorğunun cüzi hissəsini təşkil edən ağır xəstəlik hallarının müalicə ehtimalı nisbətən mülayim hallarla müqayisədə daha böyükdür.
Tədqiqatın irəli sürdüyü təklifə görə müalicə üçün ayrılmış vəsaitin böluşdürülməzi elə aparılmalıdır ki, daha ciddi xəstəliklərın müalicəsinə kifayət qədər maddi imkanlar ayıraraq, eyni zamanda mülayim halların pisləşməsinin qarşısı alınsın.
Dünya Tibb Təşkilatının araşdırmasının Amerika Tibbi Assosiasiyasının Jurnalında çap edilmiş nəticələri 2001-ci il və 2003-cü illər arasında 60 min adamla üzbəüz aparılmış dindirilmələrə əsaslanır. Sorğuya 6 inkişafda olan və 8 inkişaf etmiş ölkə daxildir. Bu ölkələrin sırasında Birləşmiş Ştatlar, Çin, Hindistan, Ukrayna, İndoneziya, Nigeriya və Braziliya var.
Keçirilən sorğu ikiqütblülük, şizofreniya, fobiyalar, hədsiz coşma, məcburi-vəsvəsə, diqqət defisiti-hiperaktivlik mövzularına toxunmuşdur.
Təhqiqatçılar aşkar ediblər ki, ağır ruhi xəstəlikdən əzab çəkən insanların sayı Şanqhayda 4 faizdən Birləşmiş Ştatlarda 26 faizə qədər fərqlənir.
Ronald Kessler Massaçusets ştatında yerləşən Harvard Universitetinin Tibbi Xidmət Siyasəti Məktəbinin əhali tədqiqi üzrə professorudur. O, deyir: “Bütün bu faktları ümumlikdə götürdükdə belə məlum olur ki, hər dörd Amerikalıdan biri həyatlarının müəyyən kəsimində ruhi xəstəlik keçirirlər. Halbuki bu say əksər ölkələrdə 9 və 20 faiz arasındadır.”
Tədqiqatçılar dəqiq müəyyən edə bilmirlər ki, Birləşmiş Ştatlarda mövcud olan aşkarlıq insanları öz ruhi vəziyyətləri haqda açıq danışmağa sövq edir, və məhz buna görə də Amerika bu sahədə başqa ölkələrdən öndə gedir. Belə ki, tədqiqatın müəllifləri bu qənaətdədirlər ki, qorxu hissi inkişaf etməkdə olan ölkələrdə insanları sorğu aparanlarla açıq danışmaqdan çəkindirib.
“İlk dəfədir ki, belə bir sorğu aparılır. Bu adamlar ömürlərində sorğu görməyiblər. Bu isə bizim işimizi qat-qat ağırlaşdırırdı. Biz kilsələrə, ictimai yığıncaqlara gedərək insanlara bu sorğunun nə olduğunu izah etməyə çalışırdıq. Ancaq biz başa dürük ki, bəzi ölkələrdə əldə etdiyimiz rəqəmlər reallığı dolğun əks etdirmir,” deyə Professor Kessler fenomeni izah edir.
Nəticələrin reallığı dolğun əks etdirmədiyi ölkələrdən biri də də depressiyanın ən aşağı səviyyədə, iki faiz olduğu bəyan edilən Çindir. Eyni zamanda cənab Kessler deyir: “İntihar hallarına gəldikdə Çin bütün başqa ölkələrlə müqaiysədə ən yüsək yeri tutur. İntiharların çoxluğu ilə depressiyanın aşağı səviyyədə olması faktı isə bir araya sığmır.”
Professor Kesslerin dediyinə görə Ukrayna narkotik maddələrin istifadəsinə görə dünyada birinci yeri tutur: “Ukraynadakı vəziyyətlə yaxğndan tanış olanlar bilərlər ki, bu ölkədə alkoholizm ciddi problemə çevrilib. Sovet ittifaqının dağılmasından sonra ölkədə yayılan alkoholizm ölüm statistikasına ciddi təsir göstərib.”
Tədqiqatın müəlliflərinin gəldiyi nəticədə ruhi xəstəliklərin, ələlxüsus ilkin mərhələlərdə müalicəsi tövsiyə edilir ki, bu da onların fikrincə xəstəliklərin şiddətlənməsinın qarşısın alır.