Accessibility links

Pakistan terrorçulara qarşı intensiv əməliyyatlara başlayıb - 2004-06-12


Pakistanın yer və hava qüvvələri Əfqanıstanla dağlıq sərhəd regionlarında, ƏL Qaidə üzvü olmaqda şübhələnilənlərin gizləndiyi yerlərdə intensiv əməliyyatlara başlamışlar. Pakistanın hərbi rəsmilərinin bildirdiyinə görə artıq dördüncü gündür ki, hərbiçilərin diqqəti əsasən Əl Qaidə üzvlərinin terror hazırlığı keçirdikləri yerlərə və Vaziristanın cənubundakı bir neçə qəbilə məntəqələrinə yönəlib. Hərbi rəsmilər eləcə də bildirirlər ki, döyüşlər zamanı artıq 18 hərbiçi də daxil edilməklə 61 nəfər həlak olub. Bİrləşmiş Ştatalar hərbi nümayəndəsi bildirir ki, Əfqanıstanın Pakistanla sərhəddində Pakistan hərbiçilərinin əməliyyatları nəticəsində oradan Əfqanıstana keçmək istəyənlərin qarşısını almaq məqsədi ilə sərhəddə keşık çəkən koalisiya qüvvələrinin sayını artırmışlar. Eyni zamanda o, deyib ki, son 3 həftə ərzində keçirilən əməliyyatlar nəticəsində Birləşmiş Ştatlar əsgərləri tərəfindən 80 nəfər şübhəli şəxs qətlə yetirilib.

XS
SM
MD
LG