Accessibility links

İran Britaniya dənizçilərini azad edəcək - 2004-06-23


Britaniya və İran rəsmiləri Britaniyanın 8 hərbi dənizçisinin bu gün bir qədər sonra baş verəcək təhvili prosesini müzakirə etmək üçün görüş keçirirlər. Bununla belə, dövlət televiziyası İran İslam respublikasının üç hərbi qayıq və oradakı hərbi ləvazimatı saxlayacağını bildirib. Xarici işlər nazirliyinin mətbuat katibi Əli Reza Asəfi dənizçilərin azad edilməsi haqda qərarın onların İranın su hövzəsinə Şətt-əl-Ərəb boğazından səhvən daxil olduqlarını deməsindən sonra çıxarıldığını bəyan edib. Bundan öncə İran hökuməti dənizçilərin cəzalandırılacağını bildirmişdi.

XS
SM
MD
LG