Çində Pxenyanın nüvə proqramının ləğvinin necə başlanmasına dair altı ölkə arasında razılıq əldə edilib. Bunu Çinin xarici işlər nazirliyinin rəsmi nümayəndəsi bildirib. Şimali Koreyanın nüvə obyektlərinin dondurulması barədə razılıq ilk uğurlu addım kimi qiymətləndirilir. Şimali Koreya bunun əvəzində kompensasiya ödənilməsini tələb edir. Birləşmiş Ştatlar Pxenyana yardım və təhlükəsizliklə bağlı təminatlar təklif etmiş, bunun müqabilində nüvə proqramının ləğvini tələb etmişdir.