Prezident Buş müsəlman ölkəsi Türkiyəni qaynar bölgə sayılan Yaxın Şərqdə demokratik və dünyəvi bir ölkə adlandırıb. O, NATO-nun İstanbul zirvə toplatısından bir gün əvvəl Türkiyənin Baş Naziri Rəcəp Teyyip Ərdoğanla keçirdiyi görüşündə deyib ki, Türkiyə bir müsəlman ölkə olmaqla demokratiyaya, qanunun aliliyinə və azadlığa necə sadiq olduğunu göstərməklə qonşularına bir nümunədir. Cənab Buş deyib ki, Avropa Birliyi Türkiyəni üzvlüyə qəbul etmək üçün qəti bir tarix müəyyənləşdirməlidir. Prezident Buş hazırda İstanbuldadır və o NATO-nun baş katibi Şefferlə görüşəcək. Prezident Buşun Türkiyəyə səfəri ərəfəsində İstanbulda 10 minlərlə adamın iştirakı ilə etiraz nümayişi təşkil edilmişdi. Nümayişçilər Birləşmiş Ştatlardan Yaxın Şərqdən hərbi qüvvələrinin çıxarmasını tələb ediblər.