Accessibility links

Səddamın məhkəməsi birmənalı qarşılanmır - 2004-07-01


Səddam Hüseynin məhkəmə qarşısına çıxarılması ərəb dünyasında geniş yayımlanmışdı. Televiziya kanalları bundan əlavə bu tarixi dinləmələrə reaksiyalara da yer vermişlər. İraqın insan hüquqları təşkilatının üzvü Səddamı “belə pis vəziyyətdə görmək” onu sevindirdiyini demişdir. O, İraqın keçmiş liderinin bir zamanlar qüdrətli bir şəxsiyyət kimi deyil, çarəsiz bir insan kimi kömək dilədiyini bildirmişdir. İraq radiosunun diktoru redaksiyaya zəng edən dinləyicilərin Səddama ölüm hökmü verilməli olduğunu bildirmişlər. Digər bir radio stansiyası isə zənglərin Səddamın azad edilməsini tələb etdiyini bildirmişdir.

XS
SM
MD
LG