Accessibility links

Bağdadda otellərə hücum olub - 2004-07-02


Bağdadın iki hoteli raket atəşinə tutulub. Rəsmi şəxslər bildirirlər ki, mərkəzi Bağdaddakı Şeraton və Bağdad otellərinə ciddi ziyan dəyməmişdir. Bu hücum İraqın keçmiş prezidenti Səddam Hüseynin məhkəmə qarşısına çıxarılmasından bir gün sonraya təsadüf edir. Bu arada isə 4 Amerika əsgərinə qarşı ittiham irəli sürülüb. Onlar həbsdə olan bir iraqlını suda boğmaqda digərini isə fiziki təyziqlərə məruz qoymaqda təqsirləndirilirlər. Əsgərlər Samara yaxınlığında həbs etdikləri iki İraqlıdan özlərini körpüdən Fırat çayına atmağı əmr ediblər. İraqlılardan biri çayda batmış, digəri isə üzüb sahilə çıxa bilmişdir.

XS
SM
MD
LG