Accessibility links

Birləşmiş Ştatlar Özbəkistanda insan hüquqlarına riayət olunmasını istəyir  - 2004-07-13


Özbəkistan hökuməti insan hüquqları sahəsində beynəlxalq təşkilatlar təfərindən kəskin tənqidə məruz qaldıqca, Birləşmis Ştatlar bu ölkə üçün ayrılmış maliyyə vəsaitini Daşkəndə verməyi təxirə salıb.

Orta Asiya dövlətləri arasında ən repressiv mahiyyətinə görə tanınmış İslam Kərimov hökuməti özünün insan hüquqları sahəsindəki imicini yaxşılaşdıracağını bəyan edib.

Bu vədi etməklə Cənab Kərimov terrorizm və ekstremizmə qarşı mübarizə aparmaq üçün Amerika Birləşmiş Ştatlarından 90 milyon dollar yardım almağı nəzərdə tutur. Həmin bu pul Özbəkistan hökumətinə komunikasiya və laborotoriya ləvazimatları əldə etməkdə kömək edə bilər.

Human Rights Uoçun Özbəkistanda baş araşdırıcısı Allison Gill hesab edir ki, bu ölkədə insan hüquqlarına məhəl qoyulmur, və vəziyyət getdikcə daha da pisləşir.

Xanım Gillin təşkilatı Human Rights Uoç bu mövqedədir ki, Birəlşmiş Ştatlar Özbəkisanın insan hüquqları sahəsində ciddi irəliləyiş etdiyini tanımamalıdır.

Özbəkistan Xarici İşlər Nazirliyi dəfələrlə ona bu Birləşmiş Ştatların insan hüquqları sahəsində şəhadəti və Humn Rayts Uoçun tənqidləri haqda verilən suallara cavab verməkdən boyun qaçırıb.

Freedom House beynəlxalq qeyri-hökumət təşkilatının Özbəkistandakı direktoru Myuşa Sever isə Human Rights Uoçun mövqeyini tam böluşmür. Onun fikrincə Özbəkistan hökuməti yavaş-yavaş insan hüquqları sahəsində irəliləyişlər edir.

Buna misal olaraq Myuşa Sever Özbəkistanda ilk müstəqil insan hüquqları təşkilatının qeydiyyatdan keçməsini və dövlət senzura komitəsinin ləğv olunmasını göstərir. Amma xanım Sever eyni zamanda onu da etiraf edir ki, Gürcüstanda baş verən demokratik hakimiyyət dəyişikliyi Özbək hökumətini avtoritarizmə bir az da meylli edib.

Xanım Sever onu da qeyd edir ki, Özbəkistanda təkcə hökumət yoxə insanlar da demokratik prosesə uyğunlaşmaqda çətinlik çəkirlər. Birləşmiş ştatlar Dövlət Departamenti bu uyğunlaşma prosesinə yardım etməkdən ötrü Daşkənd Dövlət Universitetində insan hüquqları qanunu kafedrası maliyyələşdirir və onun işinə rəhbərlik edir. Bu, Orta Asiyada açılmış ilk belə institudur. Öz fəaliyyətinin ikinci ilinə qədəm qoyan bu kafedra Amerika Vəkillər Assosiasiyası ilə birgə Özbəkistanın insan hüquqlarını müdafiə edəcək yeni vəkil və siyasətçilər nəsli hazırlayır.

XS
SM
MD
LG