Filippinli girovu saxlayan yaraqlılar bildiriblər ki, girov Filippinin hərbi qüvələrinin sonuncu əsgəri İraqı tərk etdikdə azad ediləcək. Yaraqlıların bu bəyanatı bu gün Əl-Cəzirə teleşirkəti tərəfindən yayımlanıb. Əl-Cəzirə habelə yük maşını sürücüsü Ancelo de la Kruzun yaraqlıların tələblərinə cavab verdiyi üçün Filippin hökumətinə təşəkkürünü bildirməsini və tezliklə evə qayıdacağını deməsini göstərib. Girov götürülmüş bolqarın və misirlinin taleyi isə məlum deyil.