Accessibility links

Quantanamoda saxlanılan məhbusların işinə yenidən baxılacaq - 2004-07-17


Pentaqonun rəsmiləri deyirlər ki, iki ildən artıq Birləşmiş Ştatlar tərəfindən Əfqanıstanda ələ keçirilmiş və Quantanamo hərbi bazasında saxlanılan 600-ə yaxın “düşmən döyüşçü” öz statuslarının dəyişdirilməsi barədə hərbi tribunalın qarşısında məsələ qaldıra bilər. Bu tribunal hərbi qüvvələrinin üç nümayəndəsi tərəfindən hər bir məhbusun işinə fərdi şəkildə baxacaq. Bu tribunaldan sonra onların həbsdən azad edilib- edilməməsi haqqında hökm çıxarılacaq. İyun ayında Birləşmiş Ştatların Ali məhkəməsi Quantanamoda saxlanılan məhbusların işlərinə məhkəmədə baxılması məsələsinin qaldırımalarına hüquqlarının olduğu barədə hökm çıxarmışdır.

XS
SM
MD
LG