Accessibility links

ABŞ Dövlət Departamenti Azərbaycanda din azadlığı ilə bağlı bəyanat verib - 2004-07-19


Dövlət Departamentinin din azadlığı ofisinin rəhbəri Böyük Məsələlər üzrə səfir cənab Con Xanford Azərbaycan hakimiyyətinin "Cümə" dini icması üzvlərini təqid etməsini pisləyib. O, "Amerikanın səsi" radiostansiyasına verdiyi bəyanatda bildirib ki: "ABŞ hökuməti bu yaxınlarda "Cümə" tarixi məscidinin Azərbaycan höküməti tərəfindən zəbt olunmasından və bağlanmasından çox narahatdır. Hakimiyyətin bir qrup dindara qarşı fiziki güc tətbiq etməsi, dindarların seçdiyi imamın dəyişdirilməsi bizi xüsusilə narahat edir".

"Biz Azərbaycan rəhbərliyinə aydın şəkildə bildirdik ki, bu hərəkətlər beynəlxalq din azadlığı standartlarına, həmçinin ölkənin ATƏT qraşısında götürdüyü öhdəliklərə ziddir. Biz Azərbaycan hökümətini "Cümə" məscidinin açılmasına, eyniadlı icmanın yenidən ora qaytarılmasına və icmaya özlərinə lider seçmək hüququnun verilməsinə çağırırıq"-deyə Con Hanford vurğulayıb.-

Cənab Məmədyarov çərşənbə günü ABŞ dövlət katibi cənab Kolin Pauellə görüşü gözlənilir. Cümə məscidinin imam-camaatı, insan haqları müdafiəçisi İlqar İbrahimoğlu isə ABŞ dövlət departamentinin bəyanatını belə qarşıladı.

Elə həmin gün ABŞ konqresinin i9nsan haqları üzrə Helsinki komisiyasında Cənubi Qafqaz ölkədlərində dina zadlığı mövzüsünda brifinq keçiriləcək. Müzakirə olunan məsələlər arasında Cümə məscidinin Azərbacan höküməti tərəfindən zəbt edilməsida var.

XS
SM
MD
LG