Accessibility links

Demokratlar partiyanın platforması ətrafında müzakirələrə hazırlaşır - 2004-07-23


Demokrat partiyasının Bostonda açılacaq qurultayının ilk günü nümayəndələr partiyanın siyasi platformasını əks etdirən sənəd qəbul edəcəklər. Bu uzun sənəddə partiyanın terrorizmə qarşı müharibədən tutmuş ticarət məsələlərinə qədər çox geniş məsələlərə əlaqədar rəsmi mövqeyi əks etdiriləcək. Birləşmiş Ştatların siyasi partiyalarının qurultaylar zamanı qəbul edilən platformaları uzun illər Amerika seçicilərin bu partiyaları xarakterizə etməsi üçün olduqca mühüm rol oynayırdı. Demokrat partiyası özünün siyasi platforması ilə bağlı sənədi 1840-cı ildə qəbul etmişdi. O zaman bu sənəd cəmi min sözdən ibarət idi. Həmin vaxtdan müxtəlif məsələlərlə bağlı mövqeləri bildirmək istəyən partiya fəalları qurultaylarda bəzən 40 min sözdən ibarət uzun sənədlər qəbul etmişlər. Əvvəllər partiya daxilndəki qrupların müxtəlif məsələlərlə bağlı mövqeyilə əlaqədar platformalar ətrafında gərgin debatlar gedirdi. Lakin tarxiçi Alan Lixtman deyir ki, təxminən 30 il bundan bütün bunlar dəyişdi. “Hazırda bu platformalar heç bir məna daşımır. Qurultayların özləri kimi, platformalar da güclü ideoloji cərəyanı təqdim etməkdən daha çox, mərkəzi elektoratı nəzərə alaraq, onlar üçün əvvəlcədən hazırlanır. Bu gün əslində, heç kəs platformaya əhəmiyyət vermir. Amerikalıların çoxunun partiyanın platforma sənədində nəyin olduğu haqda təsəvvürü belə yoxdur və bu da təsadüfu deyil, bu, belə qurulub. Namizədlər özlərinin kampaniyasını aparmaq istəyir. Onlar platforma ilə özlərini məhdudlaşdırmaq istəmirlər. “

Ssiyasi təhlilçilər deyir ki, hazırda hər iki partiya ictimaiyyət qarşısında daxili məsələlərdə fikir ayrılıqlarını nümayiş etdirmək istəmirlər. 2004-cü il prezident seçkilərini Amerikanın Səsi üçün şərh edən təhlilçi Stüart Rotenberq. “ Demokratlar parçalanmaya yol verməyib, öz komadaları ətrafında birləşib Corc Buşa qarşı mübarizə aparmaq istəyirlər. Respublikaçılar da eyni kursu götürürərək düşünürlər ki, Corc Buşun yenidən seçiməsi üçün yeganə yol birlikdir. Onlar belə görünür, platforma ətrafında parçalanmaya gətirib çıxara bilən debatlara yol vermək istəmirlər.” Təhlilçilərin fikrincə, qurultyalarından sonra keçiriləcək seçkinin əsas mövzuları iqtisadiyyat, İraqda müharibədən sonrakı zorakılıqlar və bərpa işləri, habelə terrorizmə qarşı qlobal müharibə olacaq. Seçki kampaniyası zamanı demokrat partiyasından rəsmən seçkilərdə namizəd olacaq senator Kerri prezident Buşu onun sözlərilə, başqa ölkələri uzaqlaşdıran xarici siyasət yeritdiyinə görə, kəsin tənqid atəşinə tutur. “Prezident ölkəmizin müasir tarixində ən təkəbbürlü, mənasız, düşünülməmiş xarici siyasət yeridir.” Prezident Buş ölkənin hər yerində keçirdiyi görüşlərdə diqqəti daha uğurlu iqtisadiyyat məsələsinə yönədir. Cənab Buş qeyd edir ki, onun administrasiyası sentyabrın 11-i hücumları, iqtisadi tənəzzül, müharibə və korporasiyalarda qalmaqallar küim problemlərlə qarşılaşmış, lakin buna baxmayaraq, istehlakçı inamının güclənməsinə gətirib çıxaran iqtasadi inkişafa nail olmuş və bir il ərzində 1,5 milyon yeni iş yeri aça bilmişdir. “Birləmiş Ştatların iqtisadiyyatı çox problemlərlə qarşılaşdı. Siz bu haqda bir fikirləşin, burada dayanıb bizim iqtisadiyyatımızın güclü olduğunu, onun daha da gücləndiyini və güclü və ardıcıl artımın şahidi olduğumuzu sizə demək olduqca böyük əhəmiyyət kəsb edir.” İqtisadiyat və İraq müharibəsinin bu seçkilərdə əsas mövzular olacağına baxmayaraq, amerikalıların çoxu noyabr seçkilərinə qədər daha bir terror hücumunun həyata keçirilə biləcəyi təhlükəsinə görə narahatdırlar. Təhlilçilərin fikrincə, sentyabrın 11-i terror hücumları və daha bir fəlakətin bşa verə bilməsi ilə əlaqədar narahatlıqlar seçkiyə təsir edəcək əsas məsələlərdir. Parityanın platforması qurultyalardan sonra əsas etibarilə yaddan çıxamağa başlayacaq və noyabrın 2-i seçki günü yaxınlaşdıqca namizədlər və seçkinin əsas mövzuları mərkəzi yer alacaq.

XS
SM
MD
LG