Qarabağ Azadlıq Təşkilatının həbs edilən 6 üzvünü, o jümlədən sədri Akif Nağını müdafiə edən vəkil Elçin Qəmbərov istitaqın birtərəfli aparıldığını bildirib. Məhkəmə müdafiəçinin həbs qəti imkan tədbirinin dəyişdirilməsi barədə vəsatətini də təmin etməyib və məhəkəmə prosesini avqusutn 9-na təyin edib. “Monitor “ jurnalının şərhçisi Eynullah Fətullayevin döyülməsini ictimai, hüquq-müdafiə, jurnalist təşkilatları və siyasi partiyalar pisləyir. İyirmidən çox mətbuat orqanı və jurnalist təşkilatını birləşdirən Redaktorlar Birliyi isə hökumətdən jurnalistlərə qarşı fiziki təzyiqlərin qarşısını dərhal almağı tələb edib