Accessibility links

Demokratların milli qurultayında Bil Klintonun çıxışı  diqqət mərkəzində oldu - 2004-07-27


Qurultayın dünən açılışında partiya liderləri prezidentliyə namizədləri senator Kerriyə dəstək bildirirdilər. Qurultayın ikinci günü çıxış edənlər prezidentliyə namizəd olmuş Vermont ştatının keçmiş qubernatoru Hovard Din, Konqresin üzvləri və respublikaçı prezident Ronald Reyqanın oğlu Ron Reyqan olacaqlar. Əsas məruzə ilə İllinoys ştatından Afrika mənşəli senator Barak Obama çıxış edəcək. Lakin bugünkü gün də müzakirələrin diqqət mərkəzində Demokrat partiyasının ən nüfuzlu nümayəndəsi olan sabiq prezident Bil Klinronun dünən axşam qurultayın açılışında çıxışı qalır. “Bu axşam bu əsl vətənpərvəri prezident namizəd göstərərkən mən gələcək uğrunda mübarizə aparan sıravi əsgər kimi həyatımın əsas hissəsi oynadığım rola qayıdaraq bir vətəndaş kimi danışıram.” Bil Klintonun haqqında danışdığı şəxs senator Con Kerridir. Prezident Klinton dedi ki, onun aprtiyaı müsbət bir seçki kampaniyası aparmaq niyətindədir amma bununla belə, o, prezident Buşun da tənqidinə yer ayırdı. Cənab Klinton ölkəni birləşdirməyə və ABŞ-ın müttəfiqlərlə münasibətlərini gücləndirməyə qadir olan bir şəxs kimi senator Kerriyə yüksək qiymətləndirdiyini göstərdi. “Biz vətənini sevən, lakin dünyaya fərqli baxan bu iki güclü insandan birini prezident seçməliyik. Bizim namizədimiz olan Con Kerri məsuliyyəti bölüşmək, imkanları bölüşmək və daha geniş qlobal imkanlar tərəfdarıdır. Onların prezidenti və onların Konqresdəki partiyası isə zənginlik və gücü bir yerə toplayıb inasnları öz ixtiyarların buraxmaq və bir tərəfli aksiyalar tərəfdarıdır. Mənə elə gəlir ki, bir iki səbəb görə haqlıyıq. Birincisi, Amerika daha çox insan öz arzusu ilə yaşamaq hüququ olanda daha yaxşı inkişaf edir və ikincisi, biz sadəcə bütün potensial düşmənlərimizi öldürmək, həbs etmək, ya da onları işğa edə bilmədiyimiz azad bir dünyada yaşayarıq. Ona görə də biz həm terrorla mübarizə etməli, həm də daha çox tərəfdaş və daha az terrorçunun olduğu bir dünya yaratmalıyıq.” Demokratların partiya qurultayında çıxış edən daha bir sabiq president Cimmi Karter buş administrasiyasını və Respublikaçılar partiyasını sentyabrın 11-dən sonra dünyada birlik yaratmaq imkanlarını əldən verməkdə ittiham etdi. “Sentyabrın 11-dən sonra Amerika qürurla, yaralanmış olsa da, lakin birlik nümayiş etdirərək dayanmışdı. Günahsız insanlara qarşı bu hücum dünyada presedenti olmayan səviyyədə əməkdaşlıq və anlaşma yaratdı. Lakin bu 34 ayın içində çxo böyük narahatlıqlar bu xoş məramın faktiki olaraq yanlışlıqlar və səhvlər silsiləsi nəticəsində yox olub getdiyinin şahidi olduq.” Demokrat partiyasından prezidentliyə rəsmən namizəd olacaq Con Kerri qurultayın sonuncu günü cümə axşamı çıxış edəcək. Prezident Buş Demokratların qurultayıgedən vaxt geniş fəaliyyət aparmayıb Texasdakı rançosunda qalır. Respublikaçıların partiya qurultayı avqust aynının sonunda Nyu Yorkda keçəcək.

XS
SM
MD
LG